Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi təltif olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi təltif olunub Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) rəhbərliyi təltif olunub.
BŞTİ-nin müdiri Mehriban Vəliyeva, müavinləri Hüseyn Əsgərov və Teymur Əhmədov Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının100 illik yubiley döş nişanı ilə təltif ediliblər.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə döş nişanlarını təqdim edib və təbriklərini çatdırıb.
BŞTİ müdiri M.Vəliyeva Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Respublika Komitəsini yubiley münasibətilə təbrik edib, onların həyata keçirdiyi tədbirləri, bütövlükdə bu təşkilatın gördüyü işləri yüksək qiymətləndirib və göstərilən diqqətə görə təşəkkürünü bildirib.

Tehsil-press.az



Oxşar xəbərlər