Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları təltif olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları təltif olunub Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) əməkdaşları təltif olunub.
BŞTİ-nin əməkdaşları Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının 100 illik yubiley döş nişanı ilə təltif ediliblər. BŞTİ-nin müdiri Mehriban Vəliyeva döş nişanlarını təqdim edib və təbriklərini çatdırıb. Hər bir əməkdaşın fəaliyyətini yüksək qiymətləndirdiyini deyən idarə müdiri bundan sonrakı işlərində də onlara uğurlar arzulayıb.
BŞTİ-nin əməkdaşları onlara göstərilən diqqətə görə təşəkkürlərini bildirib, daha da səylə çalışacaqlarını ifadə ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər