Peşə təhsili üzrə tələbə qəbulunun I mərhələsində müsabiqədən uğurla keçənlərin qeydiyyatı aparılır.
Peşə məktəblərinə qəbul olanlar avqustun 30-u saat 18:00-dək qeyd olunan sənədləri qəbul olunduğu peşə təhsili müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər:
- attestatın əsli;
- sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış;
- sistemdən (şəxsi kabinetdə) avtomatik çıxarılan ərizə nümunəsi;
- şəxsiyyət vəsiqəsinin surəti;
- 3x4 sm ölçüdə dörd ədəd fotoşəkil;
- hərbi bilet və ya çağırışçı şəhadətnaməsi;
- güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd.
Qəbulun I mərhələsində müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə məktəbində qeydiyyatdan keçməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.
Xatırladaq ki, peşə təhsili üzrə tələbə qəbulunun I mərhələsi avqustun 10-21-də elektron qaydada keçirilib. 2021-2022-ci tədris ili üzrə tələbə qəbulu 66 peşə məktəbində 120 ixtisas üzrə aparılıb. Elektron sistemdə qeydiyyatdan keçənlərdən 14 min 876-sı ixtisas seçimini yekunlaşdırıb. Müraciət edənlərin sayı ötən il ilə müqayisədə 26 faiz artıb.
Peşə təhsili pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsində uğurlu nəticə göstərməyən şəxslər II mərhələyə qatıla və ixtisas seçimi edə biləcəklər. II mərhələ ilə bağlı məlumat yaxın günlərdə paylaşılacaq.
Tehsil-press.az