Peşə təhsili müəssisələrinə qəbulun I mərhələsi yekunlaşıb

Peşə təhsili müəssisələrinə qəbulun I mərhələsi yekunlaşıb Peşə təhsil pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsi çərçivəsində uğurlu nəticə göstərən şəxslər üçün sənəd qəbulu yekunlaşıb.
Qısa müddət ərzində boş qalmış yerlər üzrə peşə təhsil müəssisələrinə elektron tələbə qəbulunun II mərhələsinə start veriləcək.
Birinci mərhələdə olduğu kimi, peşə təhsil müəssisələrinə qəbul olmaq istəyənlər II mərhələdə də, elektron qaydada qeydiyyatdan keçərək müraciət ünvanlaya biləcəklər.
Xatırladaq ki, 2020-2021-ci tədris ilində peşə təhsili üzrə qəbul üçün 18 min 260 yer ayrılıb. Ayrılan yerlərdə 11 min 40 nəfər dövlət büdcəsi hesabına, 7220 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. Qəbul 66 peşə təhsili müəssisəsində 120 ixtisas üzrə aparılır. Peşə təhsili müəssisələrində tədris dövlət sifarişi əsasında (dövlət büdcəsinin vəsaiti hesabına) və ya ödənişli əsaslarla həyata keçirilir. Dövlət təhsilalanların peşə təhsili səviyyələri üzrə peşə təhsili müəssisələrində büdcə hesabına yalnız bir dəfə təhsil almaq hüququnu təmin edir. Valideynini itirmiş və ya valideyn himayəsindən məhrum uşaqlar, şəhid ailəsinin üzvləri, I, II və III dərəcə əlilliyi olanlar və 20 yaşına çatmamış və I dərəcə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslər peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqları dövlət büdcəsi hesabına ödəniləcək.
Eyni zamanda, ünvanlı dövlət sosial yardım alanların, hər iki valideyni (tək valideyni olduqda həmin şəxs) və ya qanuni nümayəndələri I və II dərəcə əlilliyi olan şəxslər, işsiz kimi qeydiyyatda olan tələbələr, yaşa görə əmək pensiyaçıları və yaşa görə sosial müavinət alanların təhsil haqqının yarısı dövlət büdcəsinin vəsaiti hesabına olacaq. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə dövlət peşə təhsili müəssisələrində yalnız ödənişli əsaslarla təhsil ala biləcəklər.

Tehsil-press.az

Oxşar xəbərlər