Peşə təhsili müəssisələrinə qəbulun ikinci mərhələsinin nəticələri açıqlanıb

Peşə təhsili müəssisələrinə qəbulun ikinci mərhələsinin nəticələri açıqlanıb 2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulunun ikinci mərhələsinin nəticələri açıqlanıb.
İkinci mərhələdə 3 min 754 nəfər peşə təhsili müəssisələrinə qəbul olunub.
Xatırladaq ki, peşə təhsili müəssisələrinə sənəd qəbulunun ikinci turu avqustun 28-dən sentyabrın 5-dək davam edib. Sənəd qəbulu “ASAN xidmət” mərkəzlərində, belə mərkəzlərin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və elektron qaydada həyata keçirilib. Qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə olub. Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların qəbulu müsabiqədənkənar aparılıb.
Peşə təhsili müəssisələrinə qəbulun ikinci mərhələsində 5500-ə qədər namizəd qeydiyyatdan keçib.

Tehsil-press.az

Oxşar xəbərlər