“Bu gün milyonlarla əfqan əsas qida məhsullarına möhtacdır. İdarəçilikdə kim olursa olsun, beynəlxalq ictimaiyyətin bu çətin vaxtda Əfqanıstana yardım etməsi zəruridir”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xarici ölkələrin Türkiyədəki səfirləri ilə görüşündə deyib. O bildirib ki, Türkiyə Suriya və Əfqanıstandan əlavə köç yükünü qəbul edə bilməz:
“Türkiyə olaraq qardaşlığımızı davam etdirəcəyik. Digər mühüm məsələ də gedərək artan nizamsız köç təzyiqidir. Hazırda 5 milyondan çox mühacirə ev sahibliyi edən Türkiyə Suriya və ya Əfqanıstandan əlavə köç yükünün öhdəsindən gələ bilməz. Bu gün ölkəmizdə rəsmi və qeyri-rəsmi 300 min əfqan mühacir var. Ölkəmizin qərb sərhədlərində yeni vəziyyət yaranmasın deyə Əfqanıstanda sabitlik önəm daşıyır. Türkiyə bu məqsədlə Əfqanıstandakı bütün tərəflərlə sıx dialoqa davam edəcək”.
Tehsil-press.az