Türkiyə və BMT əməkdaşlığı möhkəmləndirmək əzmindədir

Türkiyə və BMT əməkdaşlığı möhkəmləndirmək əzmindədir Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT baş katibi Antonio Quterreş Türkiyə və BMT arasında əməkdaşlığı möhkəmləndirməkdə qərarlı olduqlarını təsdiqləyiblər.
Görüş ABŞ-ın Nyu-York şəhərində baş tutub. Qeyd edək ki, daha öncə Türkiyə prezidenti Rəcəb tayyib Ərdoğan BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak etmək üçün ABŞ-a yollanıb.
Suriya məsələsi ilə yanaşı, tərəflər bir sıra qlobal və regional məsələləri müzakirə ediblər.
Türkiyə prezidenti həmçinin İran prezidenti Həsən Ruhani və Yaponiyanın baş naziri Sindzo Abe ilə də görüşüb.

Tehsil-press.az

Oxşar xəbərlər