Gəncənin sabiq icra başçısı Elmar Vəliyevə məxsus olduğu deyilən “Qırmızı Otel”in 5 milyon manata satışa çıxarıldığı iddia edilir.
Bu barədə Otelin yerləşdiyi Hacıkənd qəsəbəsində söz-söhbətlər dolaşır. İddia olunur ki, məlum sui-qəsd hadisəsindən bu yana Otelin tikinti-tamamlanma işləri durdurulub. Ara-sıra Otelə baş çəkən Vəliyevlər ya maddi sıxıntılar və ya ictimaiyyətə məlum olmayan səbəblər üzündən Oteli satmaq qərarına gəliblər.
Xatırladaq ki, sözügedən Otel və əhatəsindəki irihəcmli torpaq sahəsi Gəncə ATS-in mülkiyyəti olub, Elmar Vəliyevin diqtəsilə illər öncə qəsb edilərək köhnə rabitə binası sökülərək yerində Vəliyevə 6 mərtəbəli otel tikilib. Otel tikintisində Gəncə şəhərinin abadlığı üçün nəzərdə tutulan tikinti materiallarından istifadə olunub.
Tehsil-press.az