İŞİD-ə zərbələr endirmək üçün planlar hazırlamağı əmr etdi

İŞİD-ə zərbələr endirmək üçün planlar hazırlamağı əmr etdi ABŞ Silahlı Qüvvələri “İslam Dövləti” (İŞİD) terror təşkilatının bir qolu olan “Xorasanda İslam Dövləti” qruplaşmasının mövqelərinə zərbələr endirmək üçün planlar hazırlayacaq.
Bu barədə ABŞ Prezidenti Co Bayden Ağ Evdə Kabildəki terror aktı ilə bağlı çıxış edərkən bildirib.
“Mən, həmçinin hərbi komandirlərimə “Xorasanda İslam Dövləti”nin obyektlərinə və rəhbərliyinə zərbələr endirmək üçün operativ planlar hazırlamağı əmr etmişəm. Biz seçəcəyimiz vaxt və yerdə və seçəcəyimiz anda güc və dəqiqliklə reaksiya verəcəyik”, - dövlət başçısı qeyd edib.
Onun fikrincə, “İslam Dövləti” qalib gəlməyəcək. Biz [Əfqanıstandakı] amerikalıları xilas edəcəyik. Biz əfqan müttəfiqlərimizi çıxaracağıq, Amerikanı qorxutmaq mümkün deyil”, - Bayden əminlik ifadə edib.
“Biz bağışlamayacağıq. Biz unutmayacağıq. Sizi izləyib tapacağıq və cavab verməyə məcbur edəcəyik”, - “İslam Dövləti”ndən danışan ABŞ Prezidenti bəyan edib .
Bayden hesab edir ki, taliblər Kabildə terror aktının təşkilində “İslam Dövləti”nin yaraqlılarına kömək etməyib və gələcəkdə də onlara kömək etməyəcəklər.
“Əslində, “Xorasanda İslam Dövləti”nin indi mövcud olduğu çərçivədən kənara çıxmaması “Taliban”ın maraqlarına uyğundur”, - Bayden, həmçinin vurğulayıb. Bundan başqa, amerikalı lider taliblərin ABŞ qüvvələrinin Əfqanıstandan vaxtında gedə bilmələrində maraqlı olduğuna əmindir.
Cümə axşamı günü Kabil aeroportunun binası yaxınlığında iki partlayış törədilib. KİV-in son məlumatına görə, 12 ABŞ hərbçisi daxil olmaqla, azı 90 nəfər həlak olub. İŞİD Kabil hava limanı yaxınlığındakı partlayışlara görə məsuliyyəti üzərinə götürüb.

Tehsil-press.az



Oxşar xəbərlər