Bağdadinin köməkçisi öldürüldü

Bağdadinin köməkçisi öldürüldü “İslam dövləti” (İŞİD) terror qruplaşmasının yüksək vəzifəli rəhbərlərindən biri İraqın Mosul şəhərindən cənubda öldürülüb.

Tehsil-press.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Abd al-Şabib Caburi Süleymani Amerika sülhməramlılarının helikopterlə apardığı reydin gedişatında məhv edilib. İŞİD lideri Əbubəkr Əl-Bağdadinin iki ən yaxın köməkçisindən biri idi. O, həmçinin İŞİD-in hərbi şurasının üzvü idi.
Qeyd edək ki, bu gün ABŞ-ın müdafiə naziri Eşton Karter İraq gəlib. Onun səfərinin məqsədi Mosulun azad edilməsi üzrə əməliyyatın aktiv mərhələsinin başlanmasından əvvəl İraqda Amerika xüsusi təyinatlılarının sayının artırılmasını uyğunlaşdırmaqdır.

tehsil-press.az

Oxşar xəbərlər