Mədəniyyət paytaxtımız Şuşa sakinlərinə qovuşur – VİDEO

Mədəniyyət paytaxtımız Şuşa sakinlərinə qovuşur – VİDEO Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə bir qrup Şuşa sakini növbəti dəfə doğma şəhərinə səfər edib.
Şuşalılar ilk olaraq Cıdır Düzündə olublar. Doğma şəhərin havasını udub, xatirələrini bölüşüblər.
Doğma şəhəri ziyarət edən 52 sakin qala divarları, Gəncə qapısı, şəhərin simvolları olan və 1992-ci ildə Ermənistan silahlı qüvvələrinin Şuşanı işğal edərkən gülləbaran etdikləri Üzeyir Hacıbəyov, Xurşudbanu Natəvan, Bülbülün heykəllərini, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini, həmçinin öz evlərini ziyarət ediblər.
Daha ətraflı Baku TV-nin süjetində:



Tehsil-press.az



Oxşar xəbərlər