Sosial şəbəkələrdə Neftçala rayonunda vətəndaşların küçədə şantajla vaksinə cəlb edilməsi iddia olunan görüntülər yayılıb.
Görüntülərin bu gün saat 11:00-da rayonun X.Cəfərov küçəsində çəkildiyi qeyd olunur. İddia olunur ki, bir polis əməkdaşı və 4 tibb bacısı avtomobillə qapı-qapı gəzərək insanları qorxudur və vaksinə məcbur edirlər: “Onları pensiya ala bilməmələri, mağazaya girişə məhdudiyyət, cərimə olunacaqları və digər hallarla qorxudub şantaj edirlər. “VAZ 2107 markalı avtomobillə gəlib insanlara vaksin vurdururlar”.
Yayılan görüntülərlə bağlı DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov bildirib ki, Neftçala rayonu ərazisində vaksinasiyadan keçməyən vətəndaşların məcburi qaydada vaksinasiyaya aparılması ilə bağlı iddialar həqiqəti əks etdirmir: “Polisin bununla bağlı tədbiri olmayıb. Polis əməkdaşları rayon ərazisində pandemiya ilə əlaqədar mütəmadi olaraq nəzarət-profilaktiki tədbirlər həyata keçirir, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə bağlı sakinlərlə profilaktiki söhbətlər aparırlar”.
***
Məsələ ilə bağlı TƏBİB-ə ünvanladığımız sorğuya cavab olaraq bildirilib ki, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkəmizdə peyvəndləmə məcburi həyata keçirilmir: "Sözügedən məsələ ilə bağlı vətəndaş tərəfindən konkret faktlarla hər hansı şikayət daxil olmayıb. Qeyd olunanlarla bağlı sübutlara əsaslanan şikayət daxil olduqda tərəfimizdən müvafiq araşdırma aparılacaq".
TƏBİB-dən bildirilib ki, göndərilən videomaterialda məcburi vaksin olunma ilə bağlı hər hansı dəlil aşkar edilməyib.
Tehsil-press.az