“Məcburi vaksinasiya tətbiqinə qarşıyam və bunun ölkəmizdə tətbiq edilməsi məqsədəuyğun deyil”.
Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Bəziləri bütün vətəndaşların məcburi olaraq peyvəndlənməsi ilə bağlı fikirlər səsləndirir. Bəziləri də müəyyən sahələrdə işləyənlərin məcburi olaraq vaksinasiyadan keçirilməsinin tərəfdarıdır.
Bununla bağlı mövqeyimi bir daha ifadə etmək istəyirəm. Məncə, məcburi vaksinasiya məqsədəuyğun deyil”, - dövlət başçısı bildirib.
O vurğulayıb ki, vətəndaşlar bu ehtiyacın fərqinə varmalıdırlar:
“İnsanlar peyvənd vurdurmadıqları halda, çox ciddi və hətta ölümcül bir təhlükə ilə qarşı-qarşıya qala biləcəklərini anlamalıdırlar. Bu vəziyyət yuxarı yaşlı şəxslər üçün də keçərlidir”.
Tehsil-press.az