Azərbaycan Dillər Universitetini seçən abituriyentlərin nəzərinə

Azərbaycan Dillər Universitetini seçən abituriyentlərin nəzərinə Azərbaycan Dillər Universitetində (ADU) abituriyentlərin sənəd qəbulu onlayn aparılacaq.
2021/2022-ci tədris ili üzrə bakalavriat səviyyəsinə qəbul olmuş abituriyentlərin sənəd qəbulu sentyabrın 7-dən 20-dək aparılacaq. Abituriyent sənədlərin elektron versiyasını Dövlət İmtahan Mərkəzi tərəfindən qeydiyyatın başlanması elan edildikdən sonra http://portal.edu.az üzərindən sistemə yükləməlidir.
http://portal.edu.az sistemində qeydiyyat etməyən şəxslər DİM tərəfindən qəbul olunmamış şəxs kimi hesab ediləcək və barəsində qəbul əmri verilməyəcək.
Tələb olunan sənədlər:
-Şəxsiyyəti təsdiq edən sənəd;
-Bakalavr təhsilini başa vurduğunu təsdiqləyən sənəd (diplom və ya arayış);
-Hərbi bilet və ya çağırış məntəqəsinə təhkim edilmə haqqında sənəd (oğlanlar üçün);
-Sağlamlıq haqqında tibbi arayış;
-3x4 sm ölçüdə fotoşəkil;
-Təhsil haqqının ödənilməsi haqqında qəbz (ödənişli əsaslarla qəbul olanlar üçün);
-Təhsil haqqından azad olanların notarial təsdiqli müvafiq sənədləri (vəsiqələri).
-Sənədlərin əsli (siyahıya əlavələr oluna bilər) dərs başlayan zaman təqdim olunacaq.
Qeydiyyatla bağlı Sənəd Qəbulu Komissiyasına (tel: 012 441 22 78), imtiyazlarla bağlı baş hüquqşünasa (tel: 012 440 15 18) müraciət etmək olar.

Tehsil-press.az



Oxşar xəbərlər