Azərbaycan Dillər Universitetində əlavə təhsilə sənəd qəbulu aparılır

Azərbaycan Dillər Universitetində əlavə təhsilə sənəd qəbulu aparılır 2021/2022-ci tədris ilində təkrar ali təhsil və kadrların yenidənhazırlanması təhsilinə Azərbaycan Dillər Universitetində mövcud olan bütün ixtisaslar üzrə müsabiqə yolu ilə iyunun 1-dən tələbə qəbulu elan edilib.
Sənədlər avqust ayının 10-na kimi (istirahət günlərindən başqa) saat 10:00-15:00-dək qəbul ediləcək.
Tələb olunan sənədlər:
-rektorun adına ərizə;
-diplom (yaxud diplomu əvəz edən arayış) və əlavəsinin (yaxud transkriptin) surəti;
-şəxsiyyət vəsiqəsinin surəti;
-3x4 sm ölçüdə 3 ədəd fotoşəkil;
-sağlamlıq haqqında arayış.
Sənədləri təqdim etmək üçün (012) 564 22 48 nömrəsinə zəng edərək vaxt təyin edilməsi və gələrkən tibbi maskadan istifadə olunması vacibdir.

Tehsil-press.az


Oxşar xəbərlər