Bu gün peşə təhsili üzrə tələbə qəbulunun II mərhələsi yekunlaşır

Bu gün peşə təhsili üzrə tələbə qəbulunun II mərhələsi yekunlaşır 2021-2022-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə boş qalan yerlər üzrə tələbə qəbulunun II mərhələsi yekunlaşır.
Boş qalan yerlərə sənəd qəbulu sentyabrın 6-sı saat 23:59-dək davam edəcək. Müraciətlər portal.edu.az platforması üzərindən ödənişsiz qaydada aparılır. Peşə təhsili müəssisələrinə ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər müraciət edə bilərlər.
Peşə təhsil pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsində uğurlu nəticə göstərməyən şəxslər də II mərhələyə qatıla və ixtisas seçimi edə bilərlər.
Qeyd edək ki, peşə təhsili müəssisələrinə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılır. Tələbə qəbulu prosesində hər şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır. Müsabiqədən uğurla keçən şəxslər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərin əslini təqdim edilməsi üçün dəvət olunacaqlar.

Tehsil-press.az


Oxşar xəbərlər