Peşə təhsil müəssisələrinə tələbə qəbulunun ikinci mərhələsi yekunlaşıb

Peşə təhsil müəssisələrinə tələbə qəbulunun ikinci mərhələsi yekunlaşıb Peşə təhsil müəssisələrinə boş qalan yerlər üzrə elektron tələbə qəbulunun II mərhələsi yekunlaşıb.
Müsabiqənin nəticələri sentyabrın 15-i saat 20:00-dək elan olunacaq. Müsabiqədə iştirak edən şəxslərə nəticələr barədə məlumat SMS vasitəsilə təqdim edilməklə yanaşı, müraciətçinin şəxsi kabinetində də yer alacaq.
Xatırladaq ki, 2020-2021-ci tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsili müəssisəsində 120 ixtisas üzrə aparılır. Həmçinin cari tədris ilindən başlayaraq ilk dəfə tələbə qəbulu prosesində işəgötürənlərlə birgə ikili proqramlar tətbiq olunub. II mərhələ zamanı təqdim olunan boş qalmış 9 898 yerdən 4 141-i dövlət hesabına, 5 757 yer isə ödənişli əsaslarla həyata keçirilib.

Tehsil-press.az

Oxşar xəbərlər