Naxçıvan Dövlət Universitetinin qəbul planında III ixtisas qrupu üzrə 38 yer boş qalıb

Naxçıvan Dövlət Universitetinin qəbul planında III ixtisas qrupu üzrə 38 yer boş qalıb Naxçıvan Dövlət Universitetinin 2021-2022-ci tədris ili üzrə qəbul planında III ixtisas qrupu üzrə 38 yer boş qalıb.
Bu barədə məlumat “Abituriyent” jurnalının 7-ci nömrəsində dərc olunub.
Naxçıvan Dövlət Universitetində xarici dil müəllimliyi (fransız, alman, rus dilləri üzrə) və tərcümə (ərəb-Azərbaycan, fars-Azərbaycan dilləri) ixtisasları üzrə təhsil almaq istəyənlər boş qalan plan yerlərinə internet vasitəsilə ixtisas seçimi edə bilərlər. Qeyd olunan ixtisaslar üzrə təhsil ödənişli və əyani formadadır.
Xatırladaq ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi sentyabrın 10-dək davam edəcək. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı, orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.

Tehsil-press.az



Oxşar xəbərlər