Çexiya Prezidenti xəstəxanaya yerləşdirildi

Çexiya Prezidenti xəstəxanaya yerləşdirildi Çexiya Prezidenti Miloş Zeman xəstəxanaya yerləşdirilib.
Bu barədə məlumatı “News.ru” yayıb. Bildirilir ki, Praqada xəstəxanaya yerləşdirilən Zemanı həyat yoldaşı İvana müşayiət edib.
Bununla belə, Prezidentin xəstəxanaya yerləşdirilmə səbəbi naməlum olaraq qalır.
Qeyd edək ki, 76 yaşlı M. Zeman şəkərli diabet və ayaqlarının nevropotiyasından əziyyət çəkir. Bu səbəbdən o, bir müddət əlil arabasından istifadə etməli olub. O bununla yanaşı, zəif eşidir və qan təzyiqi aşağıdır.

Tehsil-press.az


Oxşar xəbərlər