Yaponiyada vulkan püskürdü

Yaponiyada vulkan püskürdü Bu gün Yaponiyanın cənub-qərbində yerləşən Suvaneso adasında vulkan püskürüb.
Bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Bildirilir ki, nəticədə kraterdən bir kilometr radiusda vulkanik süxurlar qeydə alınıb. Seysmoloqlar adada püskürmənin davam edəcəyini proqnozlaşdırırlar.
Bununla əlaqədar həmin rayonda beş ballıq sistem üzrə üçüncü dərəcəli təhlükə xəbərdarlığı elan edilib. Bu, vulkan ərazisinə iki kilometrdən az məsafədə yaxınlaşmağın təhlükəli olduğunu bildirir.
Hadisə nəticəsində adada dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir. Burada 80 nəfərin yaşadığı və kəndin vulkandan dörd kilometr məsafədə yerləşdiyi bildirilir.
Suvaneso adası Kaqoşima şəhərində 230 kilometr cənub-şərqdə yerləşən balaca adadır. Adada son vulkan püskürməsi bu ilin iyununda qeydə alınıb.

Tehsil-press.az


Oxşar xəbərlər