Pilot vulkan gölünü ən yaxın məsafədən çəkdi - Video

Pilot vulkan gölünü ən yaxın məsafədən çəkdi - Video Vertolyot pilotu Endi Martin vulkan kraterində yaranan lava gölünü lentə alıb.
Pilot Melaneziya ada qrupunun Vanuatu adasında aktiv olan Ambrin vulkan kompleksini videoya çəkib. Həmin kadrlarda lava gölünün qaynaması əks olunub.
Qeyd edək ki, Vanuatu adasında vulkanık proseslər daim turistlərin marağına səbəb olsa da, yerli sakinlər üçün problemlər yaradır. Belə ki, püskürmə zamanı sovrulan küllər, tullantılar torpağı, havanı çirkləndirir. Bu səbəbdən hökumət əhalini həmin ərazidən köçürmək istəyir.



Tehsil-press.az

Oxşar xəbərlər