Konqoda daha bir vulkan püskürdü

Konqoda daha bir vulkan püskürdü Konqonun şərqində yerləşən kiçik Murara vulkanı püskürüb.
Bu barədə ölkə hökumətinin nümayəndəsi Patrik Muya bildirib.
Murara vulkanı Nyamuragira dağının yamacında və mayın 22-də güclü püskürən Nyiraqonqo vulkanından 13 kilometr aralıqda yerləşir.
“Biz hadisələrin inkişafını yaxından izləyirik”, - “Agence France-Presse” (AFP) hökumət nümayəndəsinin sözlərini sitat gətirir.
Muraranın daha əvvəlki püskürməsi 1977-ci ilin yazında olub.

Tehsil-press.az


Oxşar xəbərlər