Bu gecə Şamaxı rayonunda baş verən zəlzələ nəticəsində bir neçə fərdi evin hasarı uçub.
Dağıntılar zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
** 00:56
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi bir müddət əvvəl baş verən zəlzələ ilə bağlı rəsmi məlumat yayıb.
Bildirilir ki, fevralın 5-də yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb.
Məlumatda o da bildirilir ki, zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5,3 bala qədər hiss olunub. Zəlzələnin ocağı 8 kilometr dərinlikdə olub.
**00:13
Azərbaycanda 4,9 bal gücündə zəlzələ baş verib. Bu barədə planetin bütün zəlzələlərini real vaxt rejimində izləyən resurslar tərəfindən məlumat verilib.
Tehsil-press.az bildirir ki, məlumatlara görə, zəlzələ saat 23: 31-də qeydə alınıb. Zəlzələnin episentri təxminən 90 km dərinlikdə olub.
Sosial şəbəkələrin istifadəçiləri də kütləvi şəkildə yeraltı təkanlar hiss etdiklərini bildirirlər. Onların yazdıqlarına görə, zəlzələ ölkənin bir çox rayonlarında, o cümlədən Bakı və Sumqayıtda da hiss olunub.
Hələlik zəlzələ ilə bağlı rəsmi məlumat verilməyib.
* * *19:13
Fevralın 5-də Yardımlı stansiyasından 24 kilometr şimal-şərqdə - Lerik rayonunda 3,9 bal gücündə zəlzələ baş verib.
Tehsil-press.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən bildirir ki, yeraltı təkanlar yerli vaxtla saat 17:24-də qeydə alınıb.
Ocağı 19 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4 bala yaxın, yaxın rayonlarda 3 bala qədər hiss olunub.
Tehsil-press.az