Fransa Prezidenti Emmanuel Makron yenidən naməlum şəxs tərəfindən hücuma məruz qalıb.
Bu barədə məlumatı “BFM” telekanalı yayıb.
Məlumata əsasən, insident Makronun Lyon şəhərinə səfəri zamanı baş verib. Belə ki, kütlənin içərisində yer alan naməlum şəxs Makrona ilkin ehtimallara görə, pinq-ponq topu atıb.
İnsidenti törədən şəxs dərhal saxlanılıb. “LION Magazine” nəşri isə yazır ki, həmin gənc saxlanılarkən “Yaşasın inqilab” deyə qışqırıb. Hazırda onun hücumu hansı səbəbdən etdiyi bəlli deyil.
Qeyd edək ki, bu, Fransa Prezidentinə qarşı ilk belə hücum faktı deyil. Belə ki, sonuncu belə insident iyun ayının əvvəllərində baş vermişdi. Bu zaman Emmanuel Makron Valans şəhərinə səfəri zamanı bir gənc tərəfindən şillələnmişdi.
Tehsil-press.az