Qətər əmiri Fransaya səfər edəcək

Qətər əmiri Fransaya səfər edəcək Qətər əmiri şeyx Təmim bin Həməd Al Tani və Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Təhsil-press.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, söhbət zamanı Makron və Al Tani Fars Körfəzi ölkələri arasında yaranmış diplomatik böhran müzakirə ediblər.
“Fransa öz köməyini göstərməyə hazırdır”, deyə Makron söyləyib.
“Telefon söhbəti zamanı əmir bildirib ki, yaranmış vəziyyəti nəzərə alaraq, o, yayın sonunda Fransaya səfər etmək niyyətindədir”,-deyə məlumatda bildirilir.

Təhsil-press.az

Oxşar xəbərlər