Son 6 ayda ilk: Ərdoğanla Makron danışıqlar aparacaq

Son 6 ayda ilk: Ərdoğanla Makron danışıqlar aparacaq Fransa Prezidenti Emmanuel Makron çərşənbə axşamı günü axşam saatlarında türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla videokonfrans formatında danışıqlar aparacaq.
Bu barədə “Frace-Presse” agentliyi Makron administrasiyasına istinadən xəbər verir.
Məlumata əsasən, bu, iki lideron son yarım ildə birinci danışıqları olacaq. Videokonfrans yerli vaxtla saat 18:00-a planlaşdırılıb, onun nə qədər davam edəcəyi məlum deyil.
Agentlik danışıqlar zamanı hansı məsələlərin qaldırılmasını dəqiqləşdirmir, lakin iki lider arasında çoxsaylı fikir ayrılığı və qiyabi polemikası barədə xatırladır.

Tehsil-press.az


Oxşar xəbərlər