BDU nəzdində İqtisadiyyat və Humanitar Kollecinin boş qalan yerlərinə qəbulda ən yüksək keçid balı 132 olub

BDU nəzdində İqtisadiyyat və Humanitar Kollecinin boş qalan yerlərinə qəbulda ən yüksək keçid balı 132 olub 2021-2022-ci tədris ili üçün tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbulda Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecində ən yüksək keçid balı dövlət sifarişi əsasında mühasibat uçotu ixtisası (132.1) üzrə olub.
Bu barədə “Abituriyent” jurnalının xüsusi buraxılışında məlumat verilib. Bildirilib ki, İqtisadiyyat və Humanitar Kollecində ən aşağı keçid balı isə ödənişli əsaslarla mühasibat uçotu ixtisasına 88.3 bal olub.

Tehsil-press.az


Oxşar xəbərlər