Təhsilin inkişafı üzrə ictimai təşəbbüsləri dəstəkləyən qrant müsabiqəsinə layihə qəbulu aparılır

Təhsilin inkişafı üzrə ictimai təşəbbüsləri dəstəkləyən qrant müsabiqəsinə layihə qəbulu aparılır Təhsil Nazirliyinin “2021/2022-ci illərdə təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsinə layihə qəbulu aparılır. Müsabiqə prioritet istiqamətlər üzrə təhsilin inkişafına xidmət edən ictimai iştirakçılığın təmin edilməsi məqsədilə keçirilir.
Layihələr oktyabrın 18-i saat 21:00-dək qəbul edilir. Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini elektron formada [email protected] ünvanına göndərilməlidir.
Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla Təhsil Nazirliyinin saytında tanış olmaq mümkündür.

Tehsil-press.az


Oxşar xəbərlər