“Məktəbi bağlamaqla nəyəsə nail olmaq mümkün deyil”

“Məktəbi bağlamaqla nəyəsə nail olmaq mümkün deyil” “Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbin 9 b sinif şagirdi Əsgərov Kamil İslam oğlunun koronavirusa yoluxaraq vəfat etməsinə görə bir çoxu məktəbi, təhsili günahlandırır. Deyirlər ki, məktəblər açılmasa idi, bu hal olmazdı. Hər kəs arqumentində haqlıdır. Amma yoluxma məktəbdə yox, məktəbə qədər baş verir”.
Bu barədə təhsil üzrə ekspert Kamran Əsədov sosial şəbəkə hesabında bildirib.
O qeyd edib ki, ölkədə bütün xidmət sektoru, ictimai iaşə obyektləri, kafe və restoranlar işləyir, amma günahkar olaraq məktəb görülür:
“Hər gün koronavirusdan vəfat edənlər olur və onlar təhsil ilə bağlı deyillər. Əlbəttə ki, onların da vəfatından kədərlənirik. Harada olmasından asılı olmayaraq, pandemiya dövrünün qaydalarına riayət etməliyik. Hər kəs vaksinasiyada iştirak etməlidir. Çağırışlar edilir ki, məktəblər bağlansın. Əgər bu ediləcəksə, yenə də nəyəsə nail olmaq mümkün deyil. Biz virusdan yalnız vaksinasiya olunaraq xilas ola bilərik və ya ölkədə tam şəkildə sərtləşdirilmiş karantin rejimi tətbiq edilməli, bütün sahələri bağlamaq lazımdır”.
Qeyd edək ki, 9-cu sinif şagirdi Kamil Əsgərov oktyabrın 5-də özünü pis hiss edib və həmin gündən məktəbə gəlməyib. Məktəblidən analiz götürülüb, onun koronavirusa yoluxduğu təsdiqlənib. Əvvəlcə Sumqayıtda xəstəxanaya yerləşdirilsə də, sonradan Bakıda klinikalardan birinə köçürülüb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Məktəblinin güclü allergik həssaslığının olduğu bildirilir.

Tehsil-press.az


Oxşar xəbərlər