Bakı Şəhəri üzrə Təhsil İdarəsi 195 nömrəli tam orta məktəbin şagirdinin müəllimi tərəfindən döyülməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Qaradağ rayonu 195 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, həmin məktəbin idman müəllimi Famil Əbilov IX sinif şagirdi Cavid Nuriyevə fiziki tərbiyə dərslərində dəfələrlə iştirak etmədiyi üçün irad bildirib və digər idman müəllimlərinin yanında onu tənbeh edib. Müəllimin məqsədi şagirdə intizam qaydalarına riayət etməməsini bildirməkdən və onu tədrisə cəlb etməkdən ibarət olub.
Qeyd edək ki, Famil Əbilov 35 ildir 195 nömrəli tam orta məktəbdə müəllim işləyir. İşlədiyi dövrdə heç bir intizam tənbehi almayıb və kollektiv üzvlərinin hörmətini qazanıb.
Bu məsələ ilə əlaqədar məktəb rəhbərliyi tərəfindən F.Əbilov barəsində intizam tənbehi görülüb.
Qeyd edək ki, 195 nömrəli məktəbin şagirdi Cavid Nuriyevin valideyni döyülmə faktı ilə əlaqədar Qaradağ rayon Polis İdarəsinə müraciət edib.
Tehsil-press.az