Təhsil Nazirliyinin dəstəyi ilə Təhsil İnstitutunun nəzdində “SABAH.lab” Akselerasiya Mərkəzi fəaliyyətə başlayıb.
Mərkəzin fəaliyyəti iqtisadiyyatın müxtəlif sahələrində innovativ şirkətlərin yaradılması və inkişafına yönəlmiş startapların dəstəklənməsini əhatə edir.
“SABAH.lab” Akselerasiya Mərkəzinin ali təhsil müəssisələri üçün təqdimat tədbirində institutun direktoru Rüfət Əzizov çıxış edib. O bildirib ki, Mərkəzin fəaliyyəti ali təhsil müəssisələri ilə əməkdaşlığa hesablanıb. Layihə çərçivəsində Avropanın ən yaxşı biznes məktəblərindən biri olan “IE University” ilə əməkdaşlıq edilir. “IE University”nin hazırladığı proqramlar əsasında tələbə və gənclər üçün dərslər keçiriləcək, onların yeni, innovativ ideyalarla çıxış etmələri, layihələrinə müəyyən investisiyaların cəlb olunması təşkil ediləcək.
“SABAH.lab” Akselerasiya Mərkəzinin baş icraçı direktoru Rəhim Bayramlı layihə haqqında geniş məlumat verib. O, Azərbaycanda innovasiya mərhələsinin inkişafına dəstək, prosesdə ali təhsil müəssisələrinin, “SABAH.lab” Akselerasiya Mərkəzinin rolu haqqında danışıb. Qeyd edib ki, tələbələrdən ibarət düzgün kadr potensialının, inkubator mərkəzlərinin, bu sahədə innovasiya mərkəzlərinin qurulması onların düzgün biliklər almasında, bu sahəyə maraq göstərməsində və düzgün yönləndirilə bilməsində, həmçinin gələcək mərhələlər üçün düzgün baza formalaşdırılmasında böyük əhəmiyyət kəsb edir.
Layihənin həyata keçiriməsində ali təhsil müəssisələrinin mühüm rolunu vurğulayan R.Bayramlı bildirib ki, “SABAH.lab” Akselerasiya Mərkəzi olduqca praktik və iqtisadi hədəfləri qarşıya qoyub. Bu hədəflərə çatmaq üçün Mərkəzin tədris yönümlü və inkubasiya yönümlü (startapların yaradılması) iki əsas fəaliyyət istiqaməti olacaq.
Təhsil nazirinin müşaviri Ülkər Səttarova çıxışında layihənin ali məktəblərin nüfuzuna çox böyük dəstək göstərəcəyini və tələbələrin elmi potensialının gücləndirilməsinə töhfə verəcəyini qeyd edib.
“IE University”nin Sahibkarlıq kafedrasının professoru, “IE Venture Lab”ın icraçı direktoru, müxtəlif proqramlar üzrə dekan müavini Paris de l’Etraz proqramın unikallığı və üstünlüklərindən söz açıb.
Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli isə layihənin ideyasının əhəmiyyətindən danışıb.
Tehsil-press.az