“SABAH” V Karyera Qış Məktəbinin açılış mərasimi keçirilib.
Onlayn tədbirdə təhsil naziri Emin Əmrullayev məzunların uğurlu karyera qurması üçün yaradılan şəxsi və peşəkar inkişaf imkanları barədə ətraflı məlumat verib. Dövlət və özəl strukturlarla əməkdaşlığın savadlı, bacarıqlı və hazırlıqlı kadrların yetişməsində əhəmiyyətini vurğulayıb.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev Azərbaycan gənclərinin inkişafına göstərilən dövlət dəstəyi, əmək bazarının tələblərinə uyğun mütəxəssislər hazırlanması ilə bağlı görülən işlər barədə fikirlərini bölüşüb.
“SABAH” qrupları İcra Komitəsi rəhbərinin tədris işləri üzrə müavini Eldar Qocayev öz növbəsində “SABAH” Karyera Akademiyası haqqında məlumat verib.
Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, “SABAH” Karyera Akademiyası çərçivəsində fevralın 10-12-də onlayn formatda “Microsoft Teams” platforması üzərindən V Karyera Qış Məktəbinin keçirilməsi nəzərdə tutulub. Qış məktəbində IV kursda təhsil alan “SABAH” tələbələri, “SABAH” mərkəzi əməkdaşları, “SABAH” qrupları layihəsi ilə tərəfdaşlıq edən qabaqcıl şirkət və qurumların nümayəndələri, texniki və təşkilati heyət daxil olmaqla, ümumilikdə 215 nəfərin iştirakı nəzərdə tutulur. Qış məktəbi dövründə “SABAH” tələbələrinə işədüzəlmə, startapların inkişafı, sahibkarlıq, elmi tədqiqatlar, magistratura təhsili istiqamətləri üzrə praktiki təlimlər, “SABAH” mərkəzlərində çalışan əməkdaşlara isə təhsilin təşkili və idarəetməsi üzrə seminarlar keçiriləcək. Qış məktəbinin təşkilinə bir çox tərəfdaş müəssisələr (Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi, “Azercell”, “Kapital Bank”, “GoldenPay”, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, “Horeca”, Azərbaycan İnsan Resursları Assosiasiyası) və fərdi təlimçilər yaxından dəstək göstərəcəklər.
Xatırladaq ki, “SABAH” qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilindən etibarən dövlət ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması məqsədilə formalaşdırılmış müxtəlif ixtisaslar üzrə savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən ibarətdir. Bu qruplar hazırda 11 ali təhsil müəssisəsində 35 ixtisas üzrə 2400-dən çox tələbəni əhatə edir.
“SABAH” Karyera Akademiyası isə məzun olmağa hazırlaşan “SABAH” tələbələrinin gələcək peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədilə yaradılıb.
Tehsil-press.az