ABŞ prezidenti Co Bayden ÇXR-ın sədri Si Tszinpinlə görüşün zəruriliyinə əmindir, çünki Vaşinqton və Pekin arasındakı rəqabət fonunda diplomatik təmaslar xüsusi əhəmiyyət kəsb edir.
Bunu ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan söyləyib.
Onun sözlərinə görə, Bayden Si Tszinpinlə birbaşa təmas imkanının olmasını vacib hesab edir, və əgər səyahət məhdudiyyətləri səbəbindən bunu şəxsən etmək mümkün deyilsə, onda virtual görüş keçirmək daha yaxşı olardı.
"Biz məhz bunu etməyi düşünürük", - deyə Sallivan bildirib.
Prezidentin köməkçisi qeyd edib ki, ABŞ və Çin arasında gərgin rəqabət dövründə ən yüksək səviyyədə, liderlər səviyyəsində intensiv diplomatik əlaqə bu münasibətlərin effektiv idarə olunmasında mühüm rol oynayır.
Tehsil-press.az