Ağ Ev Təl-Əvivə raket zərbələrini qınadı

Ağ Ev Təl-Əvivə raket zərbələrini qınadı ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan İsraildən olan həmkarı Meir Ben Şabatla yenidən telefon əlaqəsi saxlayıb.
Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Emili Horn məlumat yayıb.
E.Horn qeyd edib ki, telefon danışığı zamanı C.Sallivan HƏMAS və digər terror təşkilatları tərəfindən həm Qüdsə, həm də Təl-Əvivə raket zərbələrinin atılmasını kəskin şəkildə qınayıb:
“Bundan başqa, Sullivan ABŞ Prezidenti Co Baydenin İsrailin təhlükəsizliyi və xalqını qoruması üçün göstərdiyi dəstəyi ifadə edib. Eyni zamanda, rəsmi Vaşinqtonun bölgədə sabitliyin təminatı üçün atılacaq addımlara dəstək verəcəyi də bildirilib”.

Tehsil-press.az


Oxşar xəbərlər