Pandemiyaya görə dövlətdən 1200 dollar yardım alıb - Sərvəti var

Pandemiyaya görə dövlətdən 1200 dollar yardım alıb - Sərvəti var ABŞ-da koronavirus pandemiyası ilə əlaqədar, gəliri az olan ailələrə edilən birdəfəlik maddi yardımlar zamanı azı 18 milyarderə və 270 multimilyonerə də pay düşüb.
Bunlar arasında milyarder Corc Soros da olub.
ABŞ Vergi İdarəsinin qeydlərinə əsaslanan xəbərə görə, Sorosun illik maksimum gəliri 75 min dollar göstərilib. Qaydalara əsasən, bu zaman o da 1200 dollarlıq birdəfəlik ödəməni alıb.
Sorosun sözcüsü isə bildirib ki, dövlət tərəfindən verilən 1200 dollarlıq çeklər geri göndərilib. Onun sözlərinə görə, milyarder belə bir tələblə çıxış etməyib.
Qeyd edək ki, Sorusun 9 milyard dollara yaxın sərvəti olduğu bildirilir.

Tehsil-press.az

Oxşar xəbərlər