Xəbər verildiyi kimi, bu gün Başqırdıstanın Mədəniyyət naziri Əminə Şafikova saxlanılıb.2012-ci ildən bəri nazirliyə rəhbərlik edən Şafikovanın həbs səbəbləri barədə rəsmi açıqlama verilməsə də, Rusiya mediası bu barədə özəl məlumatlar paylaşıb.
Bir neçə media orqanı Şafikovanın vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunduğunu bildirir. Bu, həmçinin Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrdə dövlət satınalmaları ilə bağlıdır. Nazirliyin mətbuat xidməti hadisəyə şərh verməkdən imtina edib.
İş Rusiya Federasiyası İstintaq Komitəsinin Baş İstintaq İdarəsi tərəfindən aparılır.
Qeyd edək ki, Əminə Şafikova Başqırdıstanın Mədəniyyət naziri olmazdan əvvəl Ufa Dövlət İncəsənət Akademiyasına rəhbərlik edib. 2002-ci ildə Respublikanın Əməkdar Rəssamı, 2024-cü ildə isə Xalq Rəssamı adına layiq görülüb.
Tehsil-press.az









.jpg)
