Türkiyə lirəsi rekord səviyyədə ucuzlaşıb

Türkiyə lirəsi rekord səviyyədə ucuzlaşıb Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi daha 4% azalaraq, 0,1565 manata enib.
Son bir ayda isə lirənin manata qarşı məzənnəsi 11 faizdən çox azalıb.
Qeyd edək ki, ötən ayın sonlarından Türkiyənin milli valyutası ucuzlaşmaqdadır. Ötən gün lirənin dollara qarşı məzənnəsi də 3,7% azalaraq yeni tarixi minimuma enib. Hazırda 1 dollar 10,84 lirədir. Analitiklər ucuzlaşmanın davam edəcəyini proqnozlaşdırırlar.

Tehsil-press.az


Oxşar xəbərlər