Qırğızıstanda məktəbdə 58 nəfər şaurmadan zəhərləndi

Qırğızıstanda məktəbdə 58 nəfər şaurmadan zəhərləndi Qırğızıstanda özəl məktəbdə 58 nəfər şaurmadan zəhərlənib.

Bu barədə ölkə mətbuatı məlumat yayıb.

Bildirilib ki, zəhərlənənlərdən 54-ü şağirddir.

Məlumata görə, onlar qusma, ishal və qarın ağrılarından şikayət ediblər. Hadisə günü bütün zərərçəkənlər məktəbin yeməkxanasında şaurma yeyiblər.

Məktəbdə hazırda yoxlama aparılır və hadisənin səbəbləri araşdırılır.

Tehsil-press.az

Oxşar xəbərlər