Ermənistanda Azərbaycanın təhvil verdiyi erməni hərbçilərin bir hissəsi saxlanılıb

Ermənistanda Azərbaycanın təhvil verdiyi erməni hərbçilərin bir hissəsi saxlanılıb Ermənistanda Azərbaycanın təhvil verdiyi erməni hərbçilərin bir hissəsi saxlanılıb.
Bunu Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyan təsdiq edib.
O bildirib: "Hazırda ağır nəticələrə səbəb olan hərbi xidmət və döyüş növbətçiliyi qaydalarının pozulması faktı üzrə başlanmış cinayət işi çərçivəsində 5 hərbçi saxlanılıb".
Hərbçilərin həbsi ilə bağlı vəsatətlər məhkəməyə təqdim edilib.
Xatırladaq ki, Azərbaycan Respublikası humanizm prinsiplərini əsas tutaraq 4 dekabr 2021-ci il tarixdə 10 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə təhvil verib.
Təhvil verilmiş şəxslər 16 noyabr 2021-ci il tarixində Ermənistan silahli qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılnışdılar.

Tehsil-press.az



Oxşar xəbərlər