Daha 106 erməni hərbçinin meyiti qarşı tərəfə təhvil verildi

Daha 106 erməni hərbçinin meyiti qarşı tərəfə təhvil verildi Daha 106 erməni hərbçinin meyiti Ermənistan tərəfinə təhvil verilib.
Azərbaycan tərəfi meyitləri Rusiya sülhməramlı qüvvələrinin vasitəçiliyi ilə təhvil verib.
Bildirilib ki, ikinci Qarabağ müharibəsində həlak olanların meyitlərinin axtarışları davam edir.
Bundan başqa, tərəflərin 1990-cı illər müharibəsində həlak olanların qalıqlarının axtarışı və mübadiləsi üçün səy göstərdikləri qeyd olunub.
Qeyd edək ki, atəşkəsin elan olunmasından bəri döyüş bölgəsində 1379 erməni əsgərin meyiti aşkarlanıb.

Tehsil-press.az


Oxşar xəbərlər