BSU-da ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş bilik yarışı

BSU-da ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş bilik yarışı Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatının Bakı Slavyan Universiteti (BSU) üzrə ərazi partiya təşkilatı tələbələr arasında xalqımızın ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş “Heydər Əliyev və Zəfər tariximiz” adlı bilik yarışı keçirib. Tədbirdən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bilik yarışında BSU-nun tələbələrindən ibarət 6 komanda - “Zəfər”, “Qələbə”, “44 gün”, “Dəmir yumruq”, “Qarabağ”, “Xarıbülbül” iştirak edib. Yarışın keçirilməsində məqsəd Ulu Öndərin Azərbaycan dövlətçiliyi tarixindəki misilsiz xidmətlərini təbliğ etməkdir.

Tehsil-press.az



Oxşar xəbərlər