Moldovada ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib

Moldovada ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib Bu gün Azərbaycanın Moldovadakı səfirliyində ümummilli lider Heydər Əliyevin vəfatının 13-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Səfirlikdən Tehsil-press.az-a verilən məlumata görə, mərasimdə Azərbaycanın Moldovadakı diaspor üzvləri, tələbələr və başqa qonaqlar iştirak ediblər.
Mərasimdən əvvəl ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra səfir Qüdsi Osmanov çıxış edərək ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurucusu kimi əvəzsiz xidmətlərindən danışıb.
Qeyd olunub ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırıb, ölkənin hərtərəfli inkişafına nail olub, müstəqilliyini əbədi və dönməz edib. Ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində ölkənin müasir inkişafı üçün möhkəm təməl qoyulub, Azərbaycanın qərarlaşmış dövlət kimi qəbul olunması təmin edilib, gələcəkdə Azərbaycanın müasir dünyaya inteqrasiyası üçün şərait yaradılıb.
Tədbirdə Azərbaycanın Moldovadakı diasporunun sədri Vüqar Novruzov, Bakı Multikulturalizm Mərkəzinin Moldova üzrə təmsilçisi Aureliya Qriqoriu ve başqaları çıxış edərək ümummilli lider Heydər Əliyev haqqında fikirlərini söyləyiblər.

Tehsil-press.az

Oxşar xəbərlər