Dekabrın 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib.
Professor və müəllimlərin, tələbələrin iştirak etdikləri tədbirdə bu ali məktəbin rektoru, professor Mustafa Babanlı çıxış edərək, dahi şəxsiyyət Heydər Əliyevin tariximizdəki müstəsna rolundan danışıb. Müasir müstəqil Azərbaycan dövlətinin yaranmasında, inkişafında və dünyaya tanınmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərini vurğulayan rektor ölkəmizdə qazanılan bütün nailiyyətlərin Ulu Öndərin siyasətinin bəhrəsi olduğunu bildirib.
Dahi rəhbər Heydər Əliyevin böyük xilaskarlıq rolundan bəhs edən Milli Məclisin deputatı Aydın Mirzəzadə Ulu Öndərin siyasi irsinin, zəngin dövlətçilik təcrübəsinin əhəmiyyətini diqqətə çatdırıb.
Vurğulanıb ki, ulu öndər Heydər Əliyevin ideyaları əbədi yaşayacaq.

ADNSU-nun Mətbuat Xidməti