Zoba görə məsləhət görülən qidalar

Zoba görə məsləhət görülən qidalar Qalxanabənzər vəzin (zob) düzgün işləməsi üçün bir sıra yodla zəngin qidalar lazımdır.
Bu barədə rusiyalı dietoloq İrina Rıl danışıb.
O yod çatışmazlığına görə faydalı qidalar barədə məlumat verib.
"Qalxanabənzər vəzin normal fəaliyyəti üçün yod lazımdır. Biz onu dəniz yosunu, dəniz məhsulları, dəniz balığı, feyxoa, xurma, qozdan ala bilərik", - Rıl qeyd edib.
Dietoloq əlavə edib ki, hormonların normal istehsalı üçün tirozin lazımdır: “Bu amin turşusu avokado, kivi, əncir, ərik, bananda olur. Selenium T3 və T4 hormonlarının istehsalı üçün lazımdır. Tərkibinə görə lider Braziliya qozudur".

Tehsil-press.az

Oxşar xəbərlər