Yeni ştamdan ilk ölüm halı bu ölkədə qeydə alındı

Yeni ştamdan ilk ölüm halı bu ölkədə qeydə alındı Böyük Britaniyada koronavirusun “Omicron” ştamına yoluxmuş bir nəfər dünyasını dəyişib.
Bu barədə məlumatı Böyük Britaniyanın Baş naziri Boris Conson açıqlayıb.
Bu, yeni ştamdan dünyasını dəyişənlər barədə ilk məlumatdır.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hazırda 63 ölkədə “Omicron” ştamı aşkar olunub. Yeni ştam dünyada yayılma sürətinə görə “Delta” ştamını üstələyəcək. Bununla belə, ÜST bildirir ki, yeni ştamın sürətlə yayılmasının nə ilə əlaqədar olduğu hələ ki, aydın deyil.
Yeni ştam daha az təhlükəli ola bilər. Çünki yoluxmaların əksəriyyəti simptomsuz, yaxud yüngül və orta simptomlu olub.

Tehsil-press.az

Oxşar xəbərlər