ÜST-dən “omicron”la bağlı - Çağırış

ÜST-dən “omicron”la bağlı - Çağırış “Omicron” ştamının indiyədək 57 ölkədə aşkar edilib və bu sayın artacağını gözləyirik.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus ÜST-nin Cenevrədəki mənzil-qərargahında keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, “omicron”un dünyada yayılması və çoxsaylı mutasiyaları da daxil olmaqla müəyyən xüsusiyyətləri epidemiyanın gedişatına böyük təsir göstərir: "Bu təsirin nə olacağını hələ dəqiq təxmin etmək mümkün deyil".
"Ölkələr xəstəxanaların dolmasını gözləsələr, çox gec olacaq. Gözləməyin. İndi hərəkətə keçin. Hər hökumət və hər bir fərd əlimizdə olan bütün vasitələri tez istifadə etməlidir.
Mümkünsə, zəhmət olmasa, peyvənd olun. Biz “delta”dan insanların həyatını xilas edə bilərik. “Omicron”un qlobal böhrana çevrilməsinin qarşısını indi ala bilərik. Digər ştamların da ortaya çıxmasının qarşısını ala bilərik. Bu virus dəyişir, lakin bizim ortaq qətiyyətimiz dəyişməməlidir”, - Baş direktor əavə edib.

Tehsil-press.az

Oxşar xəbərlər