ADPU-nun rektoru professor Cəfər Cəfərov Prezidentin sərəncamı ilə ”Şöhrət” ordeni ilə təltif olundu

ADPU-nun rektoru professor Cəfər Cəfərov Prezidentin sərəncamı ilə ”Şöhrət” ordeni ilə təltif olundu TƏBRİK EDİRİK
Hörmətli Cəfər müəllim!
Sizi ölkə başçısı Cənab Prezident “”Şöhrət” ordeni ilə təltif etdi. Təbii ki, bu təkcə sizə yox, çox saylı təhsil işçisinə , maarifpərvər ,vətənpərvər , elm sahəsində çalışan insanlara verilən bir ad, şöhrət və dəyərdi. Siz bu adı öz zəhmətinizlə, təhsilə olan qayğınızın illər uzunu qoruyub saxladığınız təmiz adın hesabına qazanmısınız!
Siz Pedoqoji Universitetin keçmiş və şərəfli adını (APİ) özünə qaytarmısınız. Sizin Universitetə rəhbərlik etdiyiniz dövr, sözün əsil mənasında tarixə qızıl hərflərlə yazılacaqdır. Bu Universitet ölkəmizə müəllim, pedoqoji kadr hazırlayır. Müəllim isə cəmiyyətə, Vətənə vətəndaş yetişdirir.Yaxşı təhsil yoxdursa yaxşı həkim də, müəzəffər ordu da, ədalətli hakim də, vətənpərvər gənclik də yoxdur demək!
Hörmətli Cəfər müəllim!
Təhsil İnformasiya Agentliyinin rəhbəri, uzun illər mətbuatda çalışan bir jurnalist kimi Sizi səmimi qəlbdən təbrik edirəm! Bu bayram münasibətilə, ADPU-in 100-illiyi münasibətilə Sizin şəxsinizdə rəhbər etdiyiniz kollektivi öz adımdan, eyni zamanda kollektivimiz adından təbrik edir, işlərinizə uğurlar arzulayıram.
Sizə bir daha çətin, ancaq şərəfli işinizdə uğurlar , həyatın ən gözəl neməti olan can sağlığı arzulayır və Sizə Universitetin keçdiyi şərəfli ömürü, yüz yaşamağı arzu edirəm! Siz təhsilimizə nümunə olunacaq qədər dəyərli , şərəfli, şöhrətli ziyalı və müəllimsiniz!

Tehsil-press.az

Oxşar xəbərlər