Azərbaycan Universiteti Bakı Dövlət Universitetini 100 illik yubileyi münasibətilə təbrik edir

Azərbaycan Universiteti Bakı Dövlət Universitetini  100 illik yubileyi münasibətilə təbrik edir Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva Bakı Dövlət Universitetinin rektoru, fizika – riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Elçin Babayevə Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb. Təbrik məktubu Azərbaycan Universitetinin saytında da dərc olunub. Təbrikdə deyilir:
“Hörmətli Elçin müəllim!
Sizi və Bakı Dövlət Universitetinin dəyərli kollektivini Universitetin 100 illik yubileyi münasibətilə öz adımdan və Azərbaycan Universitetinin kollektivi adından səmimi qəlbdən təbrik edirəm! Bakı Dövlət Universiteti Azərbaycanın ilk ali təhsil müəssisəsi olmaqla Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinin 1 sentyabr 1919-cu il tarixli iclası ilə təsis edilmiş, bir əsr ərzində böyük inkişaf yolu keçmişdir. Xüsusilə 1969-cu ildən sonrakı dövrlərdə, Universitetin dünya şöhrətli məzunu, xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəldiyi dövrdən Universitet daha böyük yüksəliş dövrünü yaşamışdır. Ümummilli lider Heydər Əliyev BDU-nun yaradılması kimi mühüm tarixi hadisəyə olduqca obyektiv qiymət verərək demişdir ki, əsrin əvvəlindən bu günə kimi Azərbaycan elminə çıraq tutan universitetimizin yaradılması xalqımızın tarixində ən əlamətdar hadisələrdən biridir. Azərbaycanda tədris müəssisələrinin flaqmanı olan, zəngin tarixi keçmişə malik universitet hər zaman Azərbaycanda mütərəqqi fikrin, milli düşüncənin mərkəzi olmuşdur. Burada Azərbaycanın yüzlərlə tanınmış alimləri, ziyalıları, görkəmli diplomatları təhsil almışlar.
Bakı Dövlət Universitetinin kollektivi möhtərəm cənab Prezidentimiz İlham Əliyev tərəfindən göstərilən yüksək diqqət və qayğının nəticəsində, təhsildə və elmdə yaradıcılıq uğurlarını zənginləşdirmək, dünya təhsilinə və elminə inteqrasiyanı sürətləndirmək üçün gərgin səylərini davam etdirir.
Hörmətli Elçin müəllim,
Bir daha Sizi bu əlamətdar gün münasibətilə təbrik edir, şərəfli fəaliyyətinizdə böyük uğurlar diləyirəm”.

Mətbuat Xidməti


Oxşar xəbərlər