Yaponiyada üç cinayətkar edam edilib

Yaponiyada üç cinayətkar edam edilib Yaponiyada ədliyyə naziri Yosihisa Furukavanın əmri ilə edam cəzasına məhkum edilmiş üç cinayətkar edam edilib.
Cinayətkarların adları açıqlanmır.
Bu, cari ilin oktyabrında vəzifəyə gələn baş nazir Fumio Kişida dövründə ilk edam hökmünün həyata keçirilməsidir.
Yaponiyada sonuncu dəfə edam 2019-cu ildə həyata keçirilib. O, yapon ailəsinin qətlində əli olan ÇXR vətəndaşı idi.
Yaponiya Vəkillər Assosasiyası dəfələrlə ölkədə ölüm hökmünün ləğvini və onun ömürlük həbslə əvəz olunmasını tələb edib. Edam yalnız ölkənin ədliyyə nazirinin yazılı əmrindən sonra həyata keçirilir.

Tehsil-press.az


Oxşar xəbərlər