Türkiyədə ölüm hökmü bərpa oluna bilər - Ərdoğandan reaksiya

Türkiyədə ölüm hökmü bərpa oluna bilər - Ərdoğandan reaksiya Türkiyədə edam hökmü bərpa oluna bilər.
Ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan edam cəzasının bərpa olunmasının mümkünlüyünü istisna etməyib.
Dövlət başçısının sözlərinə görə, ölkə parlamenti ölüm hökmünün bərpası barədə qərar qəbul edərsə, bunu təsdiqləyəcək. Ərdoğan ölüm hökmünün bərpası ilə bağlı məsələyə müsbət yanaşdığını bildirib.
Qeyd edək ki, Türkiyədə edam cəzası 2001-ci ildə ləğv edilib. 1986-cı ildən bu yana ölkədə edam hökmü istifadə ediləyib.

Tehsil-press.az

Oxşar xəbərlər